“AzerGold” “Yol Tikinti Servis”ə ödəniş etsədə işçilərin maaşı verilmir…. VİDEO
Filiz yataqlarından mədənə yük daşıyan sürücülər aylardır əməkhaqlarını ala bilmirlər.
XALQ -ın məlumatına görə, sifariş əsasında daşımaları həyata keçirən “Yol Tikinti Servis” MMC-də çalışan 35-ə yaxın sürücü uzun müddətdir bu problemlə üz-üzədir.
Sürücülərin iddiasına görə, sifariş əsasında ağır yüklərin daşınmasını həyata keçirən şirkət bu müddət ərzində yığılan maaş borclarını verməməklə yanaşı, bəzi işçiləri onlara xəbər vermədən işdən kənarlaşdırıb.
Məsələ ilə bağlı şirkətin rəsmisi Zülfüqar Muxtarlı ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərinə cavab verilmədi. Daha sonra şirkətin kadrlar üzrə mütəxəssisi İbrahim Əliyevlə də əlaqə qurduq. O isə may ayının 1-nə kimi problemin həll olunacağına söz verdi.
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən isə bildirildi ki, hazırda qurumun podratçı “Yol Tikinti Servis” MMC-nin qarşısında yerinə yetirilməmiş hər hansı maliyyə öhdəliyi mövcud deyil. “MMC, “AzerGold” QSC-nin Göygöl rayonun Tülalar kəndində yerləşən eyniadlı qızıl mədənində qazma, dəlmə, daşıma və digər əlaqəli işləri podratçı qismində icra edib və görülmüş işlərə görə bütün ödənişlər tam şəkildə, nəzərdə tutulmuş müddətdə həyata keçirilib. Adıçəkilən şirkət ilə hazırda qüvvədə olan hər hansı aktiv müqavilə və ya borc öhdəliyi yoxdur”,-deyə “Azərgold” QSC-dən bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Zaurpress.az