Xəbər lentiwidget-title-icon

Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür
Vüsal Aslanov üçün geri sayım? - Yeni Metropolten rəisi bu şəxs ola bilər
“Bravo” vaxtı keçmiş uşaq məhsullarını endirimlə satır
 İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Sevinc Mikayılovanın rəhbəri olduğu baxçada körpəyə belə şiddət göstərilib…..
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
“Mallar anbarlarda 5-6 il sahibsiz qalır, köhnəlib xarab olur”
30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Mayda Bakıda 32 dərəcə isti olacaq, rayonlarda yağıntılar intensivləşəcək
Sumqayıt şəhər 11 saylı məktəbdə rüşvət 11 nömrə ilə yox, raket sürəti ilə irəliləyir
Məktəblərdə uşaq zorakılığı: səbəblər, nəticələr və çıxış yolları - ARAŞDIRMA
Azneft İB Neft Daşlarında zərərli işlərdə işləyən neftçilərin 4 aydır ki, gündəlik müalicə-profilaktik yeməkləri verilmir
Graffiti çəkənlərə həbs, restorana icazə? – Nizami Kino Mərkəzi ilə bağlı ikiüzlü yanaşma
Davinçi Estetikdə həkim olmadan çalışan Elvar Quluzadə…. Bu klinikanı kimlər himayə edir? -Araşdırma
SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Nərimanovda dəmir konstruksiyalı obyektlər peyda olur - Toyxanaya, kafe, restoran? VİDEO
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu…
“AzerGold” “Yol Tikinti Servis”ə ödəniş etsədə işçilərin maaşı verilmir…. VİDEO
Ramiz Mehdiyev nəvəsi milyonluq sərvəti ilə Avropa və Şərq dünyasının gündəmini “top kimi oynadır”
Nazir oğlunu aldadan məşhur maliyyəçiyə qarşı başqa ittihamlar var imiş - TƏFƏRRÜAT
İslam Kərimovun qızına qarşı yeni iddia - Bu dəfə İsveçrədə
TƏHSİLİMİZİN EŞQİ BAĞIROV SƏRGÜZƏŞTLƏRİ...- KİMİN ,,ƏDALƏT"İNƏ İNANAQ ,HAQQIN YOXSA EŞQİNİN?... ,,ŞÜHBƏLİ TƏYİNAT''ın izilə..

Sumqayıt şəhər 11 saylı məktəbdə rüşvət 11 nömrə ilə yox, raket sürəti ilə irəliləyir

Son vaxtlar təcrübəsiz və idarəçilik qabiliyyəti olmayan müəllimlərin imtahan verib direktorluq qazanması, daha sonra isə məktəbdə direktor vəzifəsində çalışması hallarına rast gəlinir. Bu da öz növbəsində problem yaradır. Ona görə də imtahanlarda yalnız bilik yox, həmin şəxsin eyni zamanda idarəçilik qabiliyyəti və təcrübəsi nəzərə alınmalıdır. Direktor seçimində alnız bilik əsas meyar olmamalıdır.

Elə bu səbəbdən də son günlərdə bəzi orta məktəblərdə yerində olmayan direktor təyinatları, yeni direktorların naşı, o qədər də yüksək iddialarla məktəblərə gəlişi müəllimlərin haqlı narazılıqları ilə qarşılanır. Sumqayıt şəhər 11 nömrəli məktəbdə də bu cür xoşagəlməz hallar baş verməkdədir. Qısa bir zamanda baş verənlər onu göstərir ki, yeni təyin olunan direktor Şəlalə Hüseynova böyük kontingentə malik məktəbi idarə etmək iqtidarında deyil. Təyin olunduğu gündən məktəbdə problemlərin ardı-arası kəsilmir. Rəqəmsal dərslərin keçirildiyi bir vaxtda günlərlə internet problemi yaşanıb. Məktəbin su motorunda yaranmış nasazlıq səbəbindən günlərlə məktəbdə su olmayıb. İdarəçiliyin zəifliyi şagirdlərin davamiyyətinə də mənfi təsir göstərib. Direktor şagirdlər və valideynlər arasında yaranmış münaqişələri həll etmək bacarığında deyil.
İş bununla yekunlaşmır. Valideynlərin redaksiyamıza verdiyi məlumata görə, xanim direktor Ş.Hüseynova şagirdlərdən kütləvi pul yığılmasını adi hala çevirib. Məktəb rəhbərliyinə gəldiyi qısa müddət ərzində 8 mart Beynəlxalq Qadınlar Günündə və özünün doğum günündə kütləvi pul yığan direktor indi də “Son zəng” əməliyyatına başlayıb. Valideynlərin bildirdiyinə görə, tərəfindən hər bir şagirddən müəyyən məbləğdə pul tələb olunub və bu, könüllü ianə deyil, məhz məcburi xarakter daşıyıb. Bəzi valideynlərin imkanlarının məhdud olmasına baxmayaraq, onlara övladlarının son zəng tədbirinə buraxılmayacağı ilə bağlı dolayı təzyiqlər göstərildiyi iddia olunur. Qanunvericiliyə əsasən, ümumtəhsil müəssisələrində valideynlərdən pul yığılması qadağandır. Təhsil Nazirliyi dəfələrlə bəyan edib ki, məktəblərdə hər hansı tədbir üçün pul toplamaq yolverilməzdir və bu hal aşkarlandıqda məsul şəxslər barəsində tədbirlər görülməlidir. Amma Şəlalə Hüseynova bunu vecə almazdan gəlir və hər kəsə açıq şəkildə Elm və Təhsil Nazirliyinin belə onun qarşısını ala bilməyəcəyini deyir.
Onu da qeyd edək ki, Şəlalə Hüseynovanın hansı yollarla Sumqayıtın ən böyük kontingentə sahib məktəbinə direktor göndərilməsi də şübhəli məsələdir. İddia edilir ki, Hüseynovanın atası general-leytenant Zahid Hüseynovun bu təyinatdakı rolu danılmazdır. Bəs, Zahid Hüseynov kimdir? Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynov Zəfər savaşından sonra Nəcməddin Sadıqova bağlı kadrlar silsiləsində vəzifəsindən azad edilib. Zahid Hüseynov polkovnik-leytenant rütbəsindən Silahlı Qüvvələrin Artilleriya Qoşunları komandanı və Baş Qərargah rəisinin birinci müavini təyin edilməsinə qədər bütün pillələrdə məhz Nəcməddin Sadıqovun himayəsi ilə yüksəlib. İndi bu şəxsin məhz rusdilli Azərbaycan məktəbinə direktor təyin olunması daha ciddi, təhlükəli məqamlardan xəbər verir.(Xalq.online)

Zaurpress.az

Oxşar xəbərlər

Bütün xəbərlər