Xəbər lentiwidget-title-icon

30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Mayda Bakıda 32 dərəcə isti olacaq, rayonlarda yağıntılar intensivləşəcək
Sumqayıt şəhər 11 saylı məktəbdə rüşvət 11 nömrə ilə yox, raket sürəti ilə irəliləyir
Məktəblərdə uşaq zorakılığı: səbəblər, nəticələr və çıxış yolları - ARAŞDIRMA
Azneft İB Neft Daşlarında zərərli işlərdə işləyən neftçilərin 4 aydır ki, gündəlik müalicə-profilaktik yeməkləri verilmir
Graffiti çəkənlərə həbs, restorana icazə? – Nizami Kino Mərkəzi ilə bağlı ikiüzlü yanaşma
Davinçi Estetikdə həkim olmadan çalışan Elvar Quluzadə…. Bu klinikanı kimlər himayə edir? -Araşdırma
SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Nərimanovda dəmir konstruksiyalı obyektlər peyda olur - Toyxanaya, kafe, restoran? VİDEO
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu…
“AzerGold” “Yol Tikinti Servis”ə ödəniş etsədə işçilərin maaşı verilmir…. VİDEO
Ramiz Mehdiyev nəvəsi milyonluq sərvəti ilə Avropa və Şərq dünyasının gündəmini “top kimi oynadır”
Nazir oğlunu aldadan məşhur maliyyəçiyə qarşı başqa ittihamlar var imiş - TƏFƏRRÜAT
İslam Kərimovun qızına qarşı yeni iddia - Bu dəfə İsveçrədə
TƏHSİLİMİZİN EŞQİ BAĞIROV SƏRGÜZƏŞTLƏRİ...- KİMİN ,,ƏDALƏT"İNƏ İNANAQ ,HAQQIN YOXSA EŞQİNİN?... ,,ŞÜHBƏLİ TƏYİNAT''ın izilə..
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI
Zelenski Qəbələdən sonra İrəvana gedəcək
Binəqədi rayonunda “VİP Construction” yarımstansiyanın dibində ağacları kəsib, tikinti aparır….
BAZARDA KONTROLSUZ ENERJİ DALĞASI
Prezident sahibkarlıq sahəsində fərqlənən şəxsləri təltif etdi
“İdrak” Liseyində güllələnən müəllim İŞDƏN ÇIXDI
 Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI

Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ

Bəzən cəmi bir neçə qəpik böyük problemlərin başlanğıcına çevrilir Bank əməliyyatlarında “tam ödəniş” kimi qəbul edilən məbləğin sonradan borc qalığı formasında rəsmiləşdirilməsi isə vətəndaş üçün təkcə maliyyə deyil, həm də kredit tarixçəsi baxımından ciddi problemlər yarada bilir.

KONKRET.az-a daxil olan növbəti şikayət məktubunda da məhz belə bir vəziyyət gündəmə gəlib. Vətəndaş Elşad Məmmədli “Bank of Baku” da əməliyyat zamanı yaranan anlaşılmazlıqla bağlı ciddi narazılığını ifadə edib.

Onun sözlərinə görə, vaxtilə götürdüyü krediti tam bağladığını düşünsə də, sonradan adında cəmi bir neçə qəpikdən yaranan borcun gecikmə kimi rəsmiləşdirildiyini öyrənib. Müraciətdə bildirilir ki, vətəndaş kredit üzrə son ödənişi 19 fevral 2026-cı ildə “Dostbank” vasitəsilə həyata keçirib. Ona təqdim olunan yekun məbləğ 197 manat olsa da, qalıq borc qalmasın deyə bank əməkdaşlarının tövsiyəsi ilə 200 manat ödəyib.

Məmmədli iddia edir ki, bundan sonra təxminən iki ay ərzində ona hər hansı borcun qalması ilə bağlı nə zəng, nə də mesaj daxil olub.

Lakin o, başqa bankdan kredit almaq istəyərkən məlum olub ki, əvvəlki kredit üzrə 45 gündən artıq gecikmə qeydə alınıb. Səbəb kimi isə guya 27 qəpik qalıqdan yaranan 2 manatlıq borc göstərilib. Vətəndaş bunu bankın qeyri-şəffaf yanaşması kimi qiymətləndirərək məsələni “istehlakçı hüquqlarının pozulması” adlandırıb və aidiyyəti qurumların müdaxiləsini istəyib.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına sorğu ünvanlanıb.

Qurumdan KONKRET.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Mərkəzi Bankın səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilir. Həmin Qanunun 46.3-cü maddəsinə əsasən, Mərkəzi Bank maliyyə bazarlarını tənzimləyən qanunlarla əhatə olunan sahələr, habelə istehlakçıların və investorların hüquqlarının qorunmasından irəli gələn hallar istisna olmaqla, nəzarət subyektlərinin cari fəaliyyətinə qarışmır. Eyni zamanda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 36.6-cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Məcəllə) 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

Qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri istehlakçının kredit götürməzdən əvvəl bütün şərtlər barədə tam və aydın məlumat almasını təmin edərək şəffaflığı artırır. Eyni zamanda, müqavilə müddətində kreditin qalığı və ödəniş strukturu barədə məlumat əldə etmək hüququ istehlakçının maliyyə vəziyyətini düzgün idarə etməsinə imkan verir. Məlumat üçün bildiririk ki, kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin məbləğindən asılı olmayaraq bütün kreditləri haqqında məlumatlar Azərbaycan Kredit Bürosunun məlumat bazasında və Mərkəzləşdirilmiş Kredit Reyestrində toplanılır. Bildiririk ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin “12” noyabr 2021-ci il tarixli, 32/1 nömrəli qərarı ilə “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası” təsdiq edilmişdir. Həmin Qayda kredit təşkilatlarının hər bir borcalanı haqqında məlumatın Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestrinə (bundan sonra – MKR) verilməsi qaydasını, həmçinin bu məlumatın xarakterini və tərkibini müəyyən edir. Qeyd edilən Qaydanın 3.3-cü maddəsinə əsasən, kreditlər üzrə ay ərzində hər hansı ödəniş olduğu təqdirdə bu barədə məlumat növbəti iş günü ərzində, borcalanın maliyyə vəziyyətini əks etdirən hesabatlarla bağlı məlumatlar (olduqda) istisna olmaqla digər məlumatlar kredit təşkilatları tərəfindən hər təqvim ayının sonuncu gününə olan vəziyyətə növbəti ayın ilk 4 (dörd) iş günü ərzində təqdim edilir. Həmin Qaydanın 1 nömrəli ƏIavəsinə əsasən Reyestrə verilən məlumatın tərkibinə hesabat tarixinə ödənilməli olan borc məbləği, gecikdirilmiş və gecikdirilməmiş faiz məbləği, həmçinin kreditin əsas borcunun, faizin və (və ya) digər ödənişlərin müqavilə ilə müəyyən edilmiş ödəniş tarixindən keçən günlərin (gecikdirilmə günlərinin) sayı və s. məlumatlar daxil edilmişdir.

Həmçinin qeyd edək ki, “Azərbaycan Kredit Bürosuna məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi Qaydaları”nın (Qaydalar) 2.1-ci bəndinə əsasən Büroya borc haqqında məlumatları (hesabat tarixinə ödənilməli olan əsas borc və faiz məbləği, həmçinin kreditin əsas borcunun müqavilə ilə müəyyən edilmiş ödəniş tarixindən keçən günlərin (gecikdirilmiş günlərin) sayı, faizlərin müqavilə üzrə müəyyən edilmiş ödəniş tarixindən keçən günlərinin sayı və digər məlumatlar) məlumat təchizatçıları təqdim edirlər. Qaydanın 2.3-cü bəndinə görə məlumatlar Büroya hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə növbəti 4 (dörd) iş günü ərzində təqdim edilir. Eyni zamanda, Qaydanın 2.5-ci maddəsinə əsasən Büroya bağlanmış kreditlər haqqında məlumatlar kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, qanunvericiliklə müəyyən edilmiş əsaslar (məlumat təchizatçılarının təqdim etdiyi məlumat və ya məhkəmə qərarı əsasında.) olmadığı təqdirdə, kredit borcu tam bağlansa belə, öhdəliyin icrası zamanı yol verilmiş gecikmələrə düzəliş edilməsi mümkün hesab edilmir. Belə ki, “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 10.1-ci maddəsinə əsasən kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Qanunun 10.2-ci maddəsinə müvafiq olaraq kredit tarixçəsinin subyekti neqativ məlumatın bu Qanunun 10.1-ci maddəsində göstərilən müddətdən tez məhv olunmasını tələb edə bilməz.

Yuxarıda qeyd olunan normativ tələblər onu göstərir ki, kredit təşkilatları borcalanlar haqqında məlumatları məbləğindən asılı olmayaraq müəyyən edilmiş qaydada mütəmadi şəkildə Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna düzgün şəkildə təqdim etməli, yeniləməlidir. Bu səbəbdən, kredit öhdəliyi üzrə istənilən məbləğ üzrə gecikmə faktı gecikdirilmiş günlərin sayı da nəzərə alınmaqla rəsmi qaydada qeydə alınır və kredit tarixçəsinə təsir göstərir.

Beləliklə, qanunvericilik vətəndaşa həm inzibati, həm də məhkəmə qaydasında kredit tarixçəsindəki yanlışlıqların aradan qaldırılması və pozulmuş hüquqlarının bərpası üçün mərhələli və effektiv müdafiə imkanları təqdim edir.

Zaurpress.az

Oxşar xəbərlər

Bütün xəbərlər