Xəbər lentiwidget-title-icon

Zakir Fərəcov Sumqayıtda piyada yollarını da obyektə çevirir? - VİDEO
Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…
“Tamstore”da endirim tələsi: İnsanlar BELƏ aldadılır – VİDEO
TƏBİB-in yeni icraçı direktoru kimdir? – DOSYE
Azərbaycanlı milyarderlər harada və necə qazanırlar?
“Bravo”da diqqətli olun: 90 qəpik göstərib, tələyə salırlar - VİDEO
AMEA-da 170 Min Manatlıq "Coffee break", nahar və şam yeməklər və.s - TƏFƏRRÜAT
Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb
Plenumun formalaşdırdığı vahid məhkəmə təcrübəsi görməzliyə vurulur
 “Pilgrim Education” fırıldaqçıları İŞ BAŞINDA - MÜRACİƏT
Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
Minaya düşərək həlak olan Muğanın FOTOLARI
Nərimanovda bu klinikada ciddi pozuntular aşkarlanıb
“İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”
Abşeronun səhiyyə “labirinti” və Səkinə Sadıxovanın “mannı” PİARI –TƏBİB necə İFLİC OLDU?
Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin “1 milyon 800 min manat” Tenderləri…
Rusiya adı ilə Azərbaycan yağları: Alıcılarımız saxta məhsullarla ALDADILIR - ARAŞDIRMA
Bakıda yeni tikilmiş binada partlayış - Fəhlə öldü (VİDEO)
Şamaxıda “VNM İNŞAAT” MMC-ə Şamaxıda tender hansı şərtlərlə verilib?
Müğənni sevgilisi tərəfindən döyüldü: Xəstəxanaya yerləşdirildi – VİDEO
İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - FOTO
“Space” TV-nin baş direktoru işdən çıxarıldı
 AAYDA-da TOY VAR: İki idarə rəisi quda oldu – Agentliyin məsul şəxsləri cütlüyə bahalı hədiyyələr bağışlayıblar
Yeni Klinikada Böyük qalmaqal: Bölmə müdiri məcburi işdən çıxarıldı – Vüqar Qurbanov “boynundan atıb”

Bakı və Abşeronda YAĞIŞ FƏLAKƏTİ, Zaur Mikayılov isə qudalarına vəzifə paylayır – İstefa ZAMANI!

Bakını sel aparır. Hər yer gölə-dənizə çevrilib. Şəhərdə təxliyə olunan ailələr, xilasedicilərin qucağında gedən uşaqlar, kürəyində aparılan yaşlılar, su altında qalan evlər... Azərbaycanın ən böyük və əhalisi ən çox olan şəhərində faktiki fəlakət yaşanır.
Lakin günahı aramsız yağan yağışın üzərinə atmaqla məsuliyyətdən yayınmaq da ən böyük müştəbehlik olardı. Çünki istər bundan əvvəl, istər iki gündür yenə yağan yağış nəticəsində yaranmış dramatik mənzərə bir reallığı qaçılmaz edir: Azərbaycan Dövlət Su Ehtiyatları Agenliyi sədri Zaur Mikayılov istefa verməli, şələ-şüləsini yığışdırıb kabinetini tərk etməlidir.
Anaxeber.info.az bildirir ki, baş verənlərdə ADSEA qədər məsuliyyəti və günahı olan ikinci qurum yoxdur. Baxın, Daxili İşlər Nazirliyi işləyir, vətəndaşlara kömək edir, Fövqəladə Hallar Nazirliyi işləyir, insanları təxliyə edir, bəs Zaur Mikayılovun rəhbərlik etdiyi qurum nə edir və ya indiyə kimi hansı işləri görüb ki, bu vəziyyət yaranmasın?! Fakt budur ki, şəhəri su basıb və bir neçə ərazilərdə lyukların ağzını açıb orada iş görməklə problem həll olmur. Zaur Mikayılov rəhbər gəldiyi vaxtdan şəhərin kanalizasiya sisteminin yaxşılaşdırılması üçün 20 faiz iş görülsəydi, bu acınacaqlı hal olmazdı. Hazırda Bakı, Abşeron, Sumqayıt dəhşətli vəziyyətdədir.
Məsələn, adi bir korrupsiya faktını qeyd edək: hazırda Sumqayıt su altındadır. 2025-cü ildə Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması üçün 41 milyon manat vəsait ayrılıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatında qeyd olunurdu ki, işlərin icrası üçün “EL EPCM” MMC ilə dəyəri 41.505.291,51 AZN (41 milyon 505 min 291 manat 51 qəpik) olan müqavilə imzalanıb. İşlərin dekabrın ilk günlərindən başlanılması və ilkin olaraq “Acı Dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması planlaşdırılıb.
Buna baxmayaraq, bu yağışlardan sonra ortaya ciddi suallar çıxır - Sumqayıt şəhəri hələ də suyun içindədir. ADSEA-nın Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti 41 milyon manatı hara xərcləyib? Bu vəsait necə həzm olunub və hansı işlər görülüb?
Və təkcə Sumqayıt deyil, Bakı və Abşeronda da böyük yeyintilərə yol verilib.
Hələ ötən il Bakı və Abşeron yarımadasında su və kanalizasiya sisteminin yenilənməsi ilə bağlı xüsusi dövlət proqramı hazırlanıb. Bunu jurnalistlərə açıqlamasında Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib. Bəs haradadır bu proqramın nəticələri?
“Nəticə” isə göz qabağındadır – Zaur Mikayılov qudalarını müşavir təyin edib. Təsəvvür edin, Bakıda yağış suları böyük fəsadlara yol açıb, Mikayılov isə öz kefindədir və yaxınlarını vəzifələrə gətirir.
Yada salaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 12 yanvar 2026-cı il tarixində Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edəcək geniş Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib. Bu müşavirədə dövlət başçısı da kanalizasiya probleminə xüsusi toxunmuşdu. Ancaq Zaur Mikayılov və ADSEA yarıtmaz fəaliyyətini ortaya qoymaqdadır. Daha doğrusu, bu yağış Zaur Mikayılovun bərbad fəaliyyətini çirkab kimi üzə çıxardı.
Misal üçün bu ilin yanvarında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti 4 şirkətlə 5 satınalma müqaviləsi imzalayıb. Müqavilələr tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Açıqlanan məlumatlara görə, müqavilələrin ümumi dəyəri 562 milyon manat təşkil edir. Agentliyin satınalma müqaviləsi imzaladığı şirkətlər bunlar olub:
– Müşviqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi işləri üçün “Nort Vest Konstrakşn” MMC-yə (VÖEN – 1001297281) 135 000 000 manat;
– Dərnəgül–Bakıxanov–Qaraçuxur–HövsanA kanalizasiya kollektorunun tikintisi işləri üçün “Nort Vest Konstrakşn” MMC-yə (VÖEN – 1001297281) 95 000 000 manat;
– Böyükşor hövzəsi üzrə tullantı suları üçün sutəmizləyici qurğunun tikintisi işləri üçün “AGE” MMC-yə (VÖEN – 1401148071) 64 698 255 manat;
– Müşviqabad hövzəsi üzrə tullantı suları üçün sutəmizləyici qurğunun tikintisi işləri üçün Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC-yə (VÖEN – 1000085511) 102 486 424,5 manat;
– Lökbatan hövzəsi üzrə tullantı suları üçün sutəmizləyici qurğunun tikintisi işləri üçün “Euroline” QSC-yə (VÖEN – 3000031181) 164 998 195 manat.
Bütün bu müqavilələr tender keçirmədən bağlanıb ki, bu da nəinki qanun pozuntusu faktıdır, həm də elə ADSEA şefi Zaur Mikayılovun özbaşınalığı kimi də dəyərləndirilməlidir. Hər halda bu pullar dövlətə məxsusdur və ona miras qalmayıb ki, istədiyi kimi sərəncam versin.
Qudaların yarıtmaz, naşı və korrupsioner idarəçiliyi nəticəsində paytaxt və bölgələrdə əhali aylarla susuz qalır; yağış yağan kimi şəhərlər su altında qalır; fermerlər və kəndlilər suvarma suyuna həsrət qalır; iqtisadiyyata, sosial həyata və dövlətin imicinə ciddi zərbə dəyir.
Ən acınacaqlısı isə odur ki, onlar bu sabotajı bilərəkdən, tender maxinasiyaları və özəlləşdirilmiş biznes sxemləri ilə həyata keçirirlər. Bütün böyük layihələr özlərinə və yaxın tərəfdaşlarına verilir, milyonlar talan olunur, nəticədə isə ortada heç bir real iş qalmır. Çətinə düşəndə, quyruqları qapı arxasında qalanda trollarla manipulyasiya və nüfuzlu şəxsləri bədnam etmək ən yaxşı bacardıqları işdir…
Anaxeber.info.az
Azər Talıbov

Zaurpress.az

Oxşar xəbərlər

Bütün xəbərlər