Xəbər lentiwidget-title-icon

Keçmiş nazirin villası satıldı – pulu dövlətə qaytarılacaq
Korovinin kürəkəni həddini aşdı.. Şəhid qızını işdən çıxartdı: Və ona cavabı "Nə olsun ki, şəhid qızısan?"
Xırdalanda qoçuluq edən şəxslərin arxasında kim durub? VİDEO
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Sahibə Qafarova: Milli Məclis TÜRKPA-nın davamlı inkişafını ardıcıl surətdə dəstəkləyəcək
 Elmar Vəliyevin kadrları Gəncədə yeni qarşıdurma riski yaradıb - NARAZILIQ VAR...
Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu bir araşdıran olsa... - İLGİNC FAKTLAR...
İlham Əliyev Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşdü
ABŞ Suriyadakı bütün hərbi qüvvələrini çıxardı
“Finoko” BOKT cərimələndi
TKTA 255 nəfərin diplomunu niyə tanımadı?
“Aqrarkredit”in 49 nəfərin başına açdığı müsibət: 35 milyonluq mülk necə “əridilib?”- ARAŞDIRMA
Unibank-da Sistem Xaosu: Ödənişini Edən Müştəri Nə üçün "Borclu" Çıxarılır?
İnsan alverinə görə axtarışda olanların SİYAHISI
Bakıda avtoxuliqanlıq edərək sosial şəbəkələrdə paylaşan şəxslər həbs edildilər
Türkiyədə məktəbdə qətliam törədən şagirdin atası həbs edildi
Nərimanov rayonunda 12 ağac oyunu - Agaclara divan tutdular - VİDEO
Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib
Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək
Bu agentliydə qalmaqallı iclas - Eşqi Bağırovun sərt çıxışı nəyə hesablanıb?
Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir?
TƏCİLİ! Nazir QƏRAR VERDİ – Vergilərlə bağlı DƏYİŞİKLİK
İlham Əliyev Türkiyəyə işgüzar səfər edib

Rusiya adı ilə Azərbaycan yağları: Alıcılarımız saxta məhsullarla ALDADILIR - ARAŞDIRMA

Yerli marketlərin vitrinlərini bəzəyən çeşid-çeşid yağların arasında rast gəlinən “rus yağları” alıcıların daim marağında olub. Digər ölkələrlə müqayisədə Rusiya istehsalına üstünlük verilməsi əslində bu ölkənin müasir istehsalına etimaddan deyil, sovet nostalgiyasından irəli gəlir. Çünki həmin illərdə süd və süd məhsulları çox keyfiyyətli olurdu.

İndi də özünü təsdiqləmiş rus yağ brendləri piştaxtalarda mövcuddur.

Amma işbazların, zirzəmi sexlərinin istehsal etdiyi saxta yağların da bu məhsulların arasına qatıldığına zaman-zaman rast gəlinib. Bəzən isə qablaşdırmalar rus dilində olur və alıcılarda “həqiqətən Rusiyadan, yaxud Belarusdan gətirilib” təəssüratı yaradır. Lakin reallıq bir az qarışıqdır.

Market rəflərində müxtəlif rus adları altında təqdim olunan bu məhsulların bir qismi xarici ölkələrdən gətirilsə də, digərləri yerli müəssisələrdə istehsal olunur və ya idxal xammal şəklində gəlir, Azərbaycanda qablaşdırılır. Düzdür, hansı şəraitdə qablaşdırılır, o sual altındadır, amma xammal olaraq gəldiyi ən azından dəqiqdir. İstənilən halda bu, alıcıların marağına hesablanmış marketinq hiyləsidir.

Burada da ziddiyyətli məqamlar üzə çıxır...

Bizim.Media olaraq paytaxt və qəsəbələrdə apardığımız araşdırmalardan belə məlum oldu ki, Bakının mərkəzi hissələrindəki marketlərdə Rusiya, Belarus və ukrayna istehsalı olan yağlar həqiqətən də idxal məhsullarıdır. Kənar qəsəbələrdə isə daha çox xammalın qablaşdırılmış variantı müştərilərə təklif olunur.

Məhsulun “İstehsalçı” məlumatında “Made in Russia” yaxud digər slavyan ölkəsi yazılsa da, aşağıda yerli ünvan göstərilir. Orijinal rus məhsullarında əsas yazılar isə rus dilində olur, qablaşdırmada Azərbaycan dilində əlavə edilmiş və sonradan yapışdırılmış məlumat qeyd olunur.

Bəzi məhsulların qablaşdırılmasında Rusiya və digər slavyan ölkələrinin adı və bayrağı qeyd olunsa da, istehsalın harada həyata keçirilməsi haqda bilgilər yoxdur. Yəni, əsas yazılar Azərbaycan dilindədir və bu istər-istəməz şübhə yaradır. Bir sözlə istehlakçılar başqa ölkənin adı və qablaşdırılması ilə çox rahat şəkildə aldadılırlar... Alıcılar isə bu markaların da Rusiya və ya digər ölkələrdə istehsal olunduğunu zənn edirlər.

Onu da qeyd edək ki, istehsal yeri, mənşəyi və tərkibi bilinməyən bu yağların əslində “padval”larda istehsal olunmasına dair iddialar var.

Məsələn “Rossiyyanka”, “Saratovskiy”, “Kalinka”, “Korovuşka”, “Tulçinskaya Extra №3”, “Krestyanskoe” və digər Rusiya adı altında marketlərdə kifayət qədər yağ satışı həyata keçirilir. Araşdırmalarımıza görə Rusiyanın özündə və marketlərində bu adda yağlar mövcud deyil və ümumiyyətlə bu adlar altında sözügedən ölkədə yağlar istehsal olunmur.

Digər bir məqam isə keyfiyyətl bağlıdır...

Son vaxtlar “Doyaruşka” və “Korovuşka” yağlarının keyfiyyətindən və dadından alıcılar narazıdırlar, bildirirlər ki, əvvəlki kimi deyil. Üstəlik “Korovuşka”nın qablaşdırması dəyişib və bu dəyişiklikdən sonra keyfiyyət də itib.

Maraqlıdır, istehlakçılarımız Rusiya adı altında, amma əslində Azərbaycanda istehsal olunan bu yağlarla niyə aldadılır?

Məsələyə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) münasibətini öyrəndik. Qurumdan Bizim.Media-ya bildirildi ki, cari ilin birinci rübü ərzində ölkəyə 10-dan artıq ölkədən 5650 ton kərə yağı idxal olunub. İdxalda İran, Belarus, Ukrayna, Səudiyyə Ərəbistanı, Yeni Zelandiya və Finlandiya əsas yerləri tutur.

Konkret “Doyaruşka” və “Korovuşka” əmtəə nişanlı kərə yağları ölkəyə idxal olunan yağlardır.

“Ölkəyə idxal olunan qida məhsulları, o cümlədən kərə yağları üzərində risk səviyyəsindən asılı olaraq müəyyən edilmiş dövriliyə uyğun şəkildə fiziki nəzarət həyata keçirilir. Fiziki nəzarət zamanı məhsulların laboratoriya tədqiqləri (sınaqlara) aparılır, habelə sadə fiziki-kimyəvi sınaqlara cəlb olunmaqla təhlükəsizlik, minimum keyfiyyət göstəriciləri və orqanoleptik xüsusiyyətlər üzrə yoxlanılır”.

İstənilən halda məsələ açıq olaraq qalır. Təbii ki, diqqətli alıcılar kor-koranə ölkə adına etibar etmir, hər ehtimala qarşı alıcılara qablaşdırmanın arxasındakı məlumatı diqqətdən qaçırmamağı tövsiyə edirik.

Zaurpress.az

Oxşar xəbərlər

Bütün xəbərlər