Qırğızıstan Təhlükəsizlik Komitəsinin keçmiş rəisinə qarşı cinayət işi açılıb
Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş rəisi Kamçıbek Taşiyev barəsində cinayət işi açılıb.
“Mənə qarşı qaldırılan cinayət işi ilə əlaqədar yazıram. Bu səhər bu barədə xəbər almışam, bir çox insan narahatlıqlarını bildirib”, - Taşiyev sosial mediada yazıb.
Təhlükəsizlik xidmətinin keçmiş rəhbəri günahsız olduğunu bildirib.
Zaurpress.az































