Xəbər lentiwidget-title-icon

“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Ərdoğan: Türkiyə Avropa İttifaqına tam üzvlük hədəfini qoruyur
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilir, İlham Əliyev tədbirdə iştirak edir
"MAHAL MTK" 8 ildir sakinləri süründürür: Çıxarış yox, lift yox, mansartda qanunsuz mənzillər...
Təhsildə gizli savaş: hədəf Bağırovun postudur
“Qanunsuz cərrahiyyə: niyə ‘dayan’ deyən yoxdur?”-FOTO
Bağça müdirəsi İlahə Xuduqızı avtomobilini belə idarə edir…
Peşə Təhsili Agentliyində kadr xaosu - Boş ştatlar, bölüşdürülən maaşlar ...
Əmlakları ilə Zakir Fərəcovu az qala kölgədə qoyurmuş - Baş memarın mülkləri
UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçirilib
Eldar Əzizovla Zaur Mikayılova sərt xəbərdarlıq edilib? - Təfərrüatlar
196 ölkədə axtarılan İnqilab Babayev belə ələ keçirildi - Video
İcra Hakimiyyətinin yeni binasının tikintisi niyə gecikib? – Vilyam Hacıyev 1 milyona yaxın “otkat” alıb
Gey, ateist, “siyasi fəal” obrazı: Britaniyada saxta sığınacaq biznesi İFŞA EDİLDİ – SENSASİON DETALLAR
Fidan Abbasova ilə bağlı ŞOK – Bütün sirlər ORTAYA ÇIXDI
"Mən kuryeri tanımıram, mən “Yango”nu tanıyıram..."
KAĞIZ ÜZƏRİNDƏ TƏHSİL VƏ PARALEL İŞ QALMAQALI
Keçmiş nazirin villası satıldı – pulu dövlətə qaytarılacaq
Korovinin kürəkəni həddini aşdı.. Şəhid qızını işdən çıxartdı: Və ona cavabı "Nə olsun ki, şəhid qızısan?"
Xırdalanda qoçuluq edən şəxslərin arxasında kim durub? VİDEO
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Sahibə Qafarova: Milli Məclis TÜRKPA-nın davamlı inkişafını ardıcıl surətdə dəstəkləyəcək
 Elmar Vəliyevin kadrları Gəncədə yeni qarşıdurma riski yaradıb - NARAZILIQ VAR...

Arvadını güllələyən “Referans" klinikasının filial direktoruna hökm oxundu

Bakının Yasamal rayonunda həyat yoldaşını öldürməyə cəhd etməkdə ittiham olunan “Referans" klinikasının Mərdəkan filialının direktoru olmuş Vasif Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Vasif Kərimov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Tərəflər arasında barışıq olub, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 62-ci maddəsi (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, ötən ilin iyulun 16-da saat 13 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1986-cı il təvəllüdlü Vasif Kərimovun silahdan atəş açaraq arvadı Fərqanə Kərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fərqanə Kərimova xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilməsi nəticəsində həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, hadisə “Yüksəliş” MTK-nın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsi 133/135 ünvanında inşa etdiyi çoxmərtəbəli binanın qarajında baş verib.

Burada Vasif Kərimovla arvadı Fərqanə Kərimova arasında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisəyə səbəb isə V.Kərimovun başqa qadınla qeyri-rəsmi nikah münasibətləri saxlaması olub.

F.Kərimova bundan xəbər tutub, əri ilə münasibəti olan qadını axtarıb tapıb və yaşadığı ünvana gedərək irad bildirib, ərindən əl çəkməsini tələb edib.

Vasif Kərimov arvadının bu hərəkətlərindən narazı qalıb. O, həyat yoldaşını binanın qarajında gözləyib və qarşılayıb. Onlar qadının idarə etdiyi "Toyota Prado" markalı avtomobilə əyləşiblər. Burada cütlük arasında dava düşüb.

V.Kərimov arvadına iki bıçaq zərbəsi vurub. Yaralı qadın xilas olmaq üçün avtomobildən düşərək qaçmaq istəyib.
Bu zaman V.Kərimov özünə məxsus “Land Rover” markalı avtomobildən silahı götürüb, arvadının ardınca gedib və atəş açıb. Güllə Fərqanə Kərimovanın qarın boşluğuna dəyib.

Cütlüyün 3 övladı var. F.Kərimova işləmir. Onlar 7-8 ildir həmin ünvanda yaşayırlar.

Vasif Kərimovun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Zaurpress.az

Oxşar xəbərlər

Bütün xəbərlər