Xəbər lentiwidget-title-icon

Keçmiş nazirin villası satıldı – pulu dövlətə qaytarılacaq
Korovinin kürəkəni həddini aşdı.. Şəhid qızını işdən çıxartdı: Və ona cavabı "Nə olsun ki, şəhid qızısan?"
Xırdalanda qoçuluq edən şəxslərin arxasında kim durub? VİDEO
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Sahibə Qafarova: Milli Məclis TÜRKPA-nın davamlı inkişafını ardıcıl surətdə dəstəkləyəcək
 Elmar Vəliyevin kadrları Gəncədə yeni qarşıdurma riski yaradıb - NARAZILIQ VAR...
Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu bir araşdıran olsa... - İLGİNC FAKTLAR...
İlham Əliyev Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşdü
ABŞ Suriyadakı bütün hərbi qüvvələrini çıxardı
“Finoko” BOKT cərimələndi
TKTA 255 nəfərin diplomunu niyə tanımadı?
“Aqrarkredit”in 49 nəfərin başına açdığı müsibət: 35 milyonluq mülk necə “əridilib?”- ARAŞDIRMA
Unibank-da Sistem Xaosu: Ödənişini Edən Müştəri Nə üçün "Borclu" Çıxarılır?
İnsan alverinə görə axtarışda olanların SİYAHISI
Bakıda avtoxuliqanlıq edərək sosial şəbəkələrdə paylaşan şəxslər həbs edildilər
Türkiyədə məktəbdə qətliam törədən şagirdin atası həbs edildi
Nərimanov rayonunda 12 ağac oyunu - Agaclara divan tutdular - VİDEO
Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib
Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək
Bu agentliydə qalmaqallı iclas - Eşqi Bağırovun sərt çıxışı nəyə hesablanıb?
Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir?
TƏCİLİ! Nazir QƏRAR VERDİ – Vergilərlə bağlı DƏYİŞİKLİK
İlham Əliyev Türkiyəyə işgüzar səfər edib

“Şərur” MTK “-nın rəhbəri İsfəndiyar Axundov (Şərurlu İfəndiyar) niyə məhkəmə qərarlarını icra etmir - ŞİKAYƏT

Uzun illərdir tikinti şirkətləri ilə vətəndaşlar arasında bağlanan müqavilələrin icra olunmaması ilə bağlı narazılıqlar davam edir. İnsanlar halal evlərini ala bilmir və məhkəmə çəkişmələrində qalırlar. Ən acınacaqlı hal budur ki, məhkəmələr vətəndaşların xeyrinə qərar versələr belə, onların icrası mümkün olmur.
Belə bir haqsızlıqla üzləşənlərdən biri də Abşeron rayonu, Xırdalan şəhər sakini Cahangir Xalıqovdur.
Redaksiyaya müraciət edən şikayətçi Cahangir Xalıqov bildirib ki, hələ 2008-ci ildə ailəsinə məxsus olan Xırdalan şəhəri, Axundov küçəsi 39 ünvanında yerləşən 34 sot torpaq sahəsini çoxmərtəbəli bina tikilməsi məqsədilə “Hasil” MMC-yə müqavilə əsasında verib. Onun sözlərinə görə, həmin dövrdə şirkətin təsisçisi Elman Tağıyev ilə bağlanan razılaşmaya əsasən, torpaq sahəsinin qarşılığında ona 5 yaşayış mənzili və 1 qeyri-yaşayış sahəsi verilməli idi.
Şikayətçi qeyd edir ki, tikinti işləri başladıqdan bir müddət sonra layihəni həyata keçirən şəxsin dələduzluq əməlləri üzə çıxıb və o, hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Daha sonra çoxsaylı vətəndaşın müraciəti əsasında tikinti prosesi müxtəlif şəxslərə həvalə edilsə də, onların da fəaliyyəti uğursuz olub və nəticədə tikinti bir neçə dəfə yarımçıq qalıb.
Cahangir Xalıqov əlavə edib ki, sonradan məsələ hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə tanınmış iş adamı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundova həvalə edilib. Onun sözlərinə görə, bu zaman əvvəlki müqavilənin şərtlərinin dəyişdirilməsi təklif olunub: “Bizə bildirildi ki, müqavilə üzrə nəzərdə tutulan 6 əmlakdan ikisindən imtina edək və əvəzində 4 mənzil götürək. Lakin biz bununla razılaşmadıq”.
Şikayətçi əlavə edir ki, məsələ ilə bağlı 2024-cü ildə Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun xeyrinə qərar çıxarıb və müqavilə şərtlərinin icra olunmasını tələb edib. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb.
Buna baxmayaraq, vətəndaş iddia edir ki, bu günə qədər məhkəmə qərarları icra olunmayıb: “Artıq 18 ildir ki, mənə çatmalı olan 5 mənzil və 1 qeyri-yaşayış sahəsini ala bilmirəm. Qarşı tərəf müxtəlif yollarla prosesi uzadır və qərarın icrasından yayınır”.
Hazırda həmin torpaq sahəsinin bazar dəyəri milyonlarla manat təşkil edir və ona təklif olunan variantlar real dəyərdən xeyli aşağıdır.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyinə gəlincə, “Şərur” MTK “Hasil” MMC ilə hər hansı bağlılığının olmadığını açıqlayıb. Bildirilib ki, onlar yalnız hüquq-mühafizə orqanlarının təqdim etdiyi siyahı əsasında zərərçəkmiş şəxslərin yaşayış sahələri ilə təmin olunmasını üzərinə götürüb. Eyni zamanda qeyd olunub ki, təqdim edilən siyahıya yalnız yaşayış sahələri daxildir və qeyri-yaşayış obyektləri bu siyahıya daxil edilməyib. Şirkət nümayəndələrinin sözlərinə görə, Cahangir Xalıqova bu barədə dəfələrlə məlumat verilib.
Əslində “Hasil” MMC-nin problemləri rəsmi olaraq “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundova həvalə olunub. Yəqin ki, bu işlərin müqabilində ona dövlət səviyyəsində hansısa dəstəklər də verilib. Eyni zamanda ortada məhkəmə qərarı var qərarlar dövlət adından çıxarılır. Bütün hallarda “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov məhkəmə qərarını icra etməlidir və vətəndaşın haqqı qaytarılmalıdır.
Amma hələ də məsələ açıq qalır və vətəndaş müvafiq qurumlardan məhkəmə qərarlarının icrasının təmin olunmasını tələb edir. Məhkəmə icraçıları ilə bu prosessi həll edə bilmir. Görünür, burda da bir əmma var.
Məsələ ilə bağlı hüquqşünas Hüseyn Quliyevin fikirlərini bölüşərək deyib ki, bu kimi hallarda vətəndaşın hüquqları Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsi ilə qorunur: “Bağlanmış müqavilə hüquqi qüvvəyə malikdir, məhkəmə tərəfindən təsdiqlənmiş qərarlar isə icra olunmalıdır”.
O, əlavə etdi ki, vətəndaş Cahangir Xalıqov artıq bütün məhkəmə instansiyalarından öz xeyrinə qərar alıb və icraedici sənəd əsasında onun mənzil və qeyri-yaşayış sahələrinə dair hüquqları təmin edilməlidir: “Qarşı tərəfin qərarın icrasından yayınması qanunsuzdur və məcburi icra tədbirləri tətbiq olunmalıdır. Bütün hallarda məhkəmənin qərarı icra olunmalıdır. Praktiki baxımdan bu, İcra məmurları vasitəsilə məhkəmə qərarının icrası, əmlakın çatdırılması və ya əvəzində dəyərinin ödənilməsi ilə tənzimlənməlidir. Əgər qərar icra olunmazsa, vətəndaş İcra Məhkəməsinə müraciət edərək məcburi icra tədbirlərinin gücləndirilməsini tələb edə bilər. Vətəndaşın hüquqlarının qorunması dövlət tərəfindən təmin olunmalı və heç bir tikinti şirkətinə və ya fərdi şəxslərə bu hüququ pozmaq imkanı verilməməlidir”.
Əmlak eksperti Aydın Həsənov da bildirdi ki, əmlak hüquqları baxımından bu vəziyyət ciddi problem yaradır: “Torpaq sahəsi müqaviləsi ilə verilmiş əmlakın qarşılığında vətəndaşın almalı olduğu mənzil və qeyri-yaşayış sahələrinin verilməməsi onun qanuni əmlak hüquqlarının pozulması deməkdir”.
Ekspert əlavə etdi ki, yalnız məhkəmə qərarının icrası vacib deyil, həm də əmlakın bazar dəyərinin itirilməməsi üçün qanuni qiymətləndirmə aparılmalı və dəyər fərqi kompensasiya edilməlidir: “Vətəndaş yalnız mənzilləri qəbul etməklə kifayətlənməməli, həm də müqavilənin icrası zamanı hər hansı gecikmə və ya əlavə zərər halında hüquqi yollarla kompensasiya tələb etmək hüququna malikdir”.
Qeyd edək ki, “Hasil” MMC-nin əməllərindən zərər çəkən ümumi şikayətçi sayı 279 nəfər olub. “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov bu şikayətçilərdən 100 nəfərinə 1 kvadratmetr üçün 300 manatdan hesablayaraq pullarını geri qaytarıb. Bu məbləği insanlar qəbul etməyə məcbur olublar, halbuki bu gün “Şərur” MTK binanın 1 kvadratmetrini 1300–1500 manat arasında satışa çıxarır.
Hazırda “Hasil” MTK-nın yarımçıq qalmış binasını Şərurlu İsfəndiyar tamamlayıb. Bina yaşayış üçün tam hazır vəziyyətdədir və satışı davam edir. Lakin köhnə müqavilələrdən qurtulmaq üçün binanın tikinti planı dəyişdirilib.
Binadakı otaqların ölçüləri fərqli layihəyə uyğunlaşdırılıb, və bina ilkin layihə əsasında deyil, başqa bir layihə üzrə tikilib. Nəticə etibarilə, bu gün əlində müqaviləsi olan və evini tələb edənlərin əlindəli müqavilə ilə binanın hazırki layihəsi uyğun gəlmir. Bu isə “Şərur” MTK-nın vəziyyətdən “qalib” çıxmasına imkan verir.
Yeni Gundem Media

Zaurpress.az

Oxşar xəbərlər


Bütün xəbərlər

Keçmiş nazirin villası satıldı – pulu dövlətə qaytarılacaq
Korovinin kürəkəni həddini aşdı.. Şəhid qızını işdən çıxartdı: Və ona cavabı "Nə olsun ki, şəhid qızısan?"
Xırdalanda qoçuluq edən şəxslərin arxasında kim durub? VİDEO
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Sahibə Qafarova: Milli Məclis TÜRKPA-nın davamlı inkişafını ardıcıl surətdə dəstəkləyəcək
 Elmar Vəliyevin kadrları Gəncədə yeni qarşıdurma riski yaradıb - NARAZILIQ VAR...
Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu bir araşdıran olsa... - İLGİNC FAKTLAR...
İlham Əliyev Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşdü
ABŞ Suriyadakı bütün hərbi qüvvələrini çıxardı
“Finoko” BOKT cərimələndi
TKTA 255 nəfərin diplomunu niyə tanımadı?
“Aqrarkredit”in 49 nəfərin başına açdığı müsibət: 35 milyonluq mülk necə “əridilib?”- ARAŞDIRMA
Unibank-da Sistem Xaosu: Ödənişini Edən Müştəri Nə üçün "Borclu" Çıxarılır?
İnsan alverinə görə axtarışda olanların SİYAHISI
Bakıda avtoxuliqanlıq edərək sosial şəbəkələrdə paylaşan şəxslər həbs edildilər
Türkiyədə məktəbdə qətliam törədən şagirdin atası həbs edildi
Nərimanov rayonunda 12 ağac oyunu - Agaclara divan tutdular - VİDEO
Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib
Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək