Xəbər lentiwidget-title-icon

Keçmiş nazirin villası satıldı – pulu dövlətə qaytarılacaq
Korovinin kürəkəni həddini aşdı.. Şəhid qızını işdən çıxartdı: Və ona cavabı "Nə olsun ki, şəhid qızısan?"
Xırdalanda qoçuluq edən şəxslərin arxasında kim durub? VİDEO
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Sahibə Qafarova: Milli Məclis TÜRKPA-nın davamlı inkişafını ardıcıl surətdə dəstəkləyəcək
 Elmar Vəliyevin kadrları Gəncədə yeni qarşıdurma riski yaradıb - NARAZILIQ VAR...
Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu bir araşdıran olsa... - İLGİNC FAKTLAR...
İlham Əliyev Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşdü
ABŞ Suriyadakı bütün hərbi qüvvələrini çıxardı
“Finoko” BOKT cərimələndi
TKTA 255 nəfərin diplomunu niyə tanımadı?
“Aqrarkredit”in 49 nəfərin başına açdığı müsibət: 35 milyonluq mülk necə “əridilib?”- ARAŞDIRMA
Unibank-da Sistem Xaosu: Ödənişini Edən Müştəri Nə üçün "Borclu" Çıxarılır?
İnsan alverinə görə axtarışda olanların SİYAHISI
Bakıda avtoxuliqanlıq edərək sosial şəbəkələrdə paylaşan şəxslər həbs edildilər
Türkiyədə məktəbdə qətliam törədən şagirdin atası həbs edildi
Nərimanov rayonunda 12 ağac oyunu - Agaclara divan tutdular - VİDEO
Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib
Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək
Bu agentliydə qalmaqallı iclas - Eşqi Bağırovun sərt çıxışı nəyə hesablanıb?
Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir?
TƏCİLİ! Nazir QƏRAR VERDİ – Vergilərlə bağlı DƏYİŞİKLİK
İlham Əliyev Türkiyəyə işgüzar səfər edib

Mətanət Əfəndiyeva Tibbi Bərpa İnstitutundan çıxarılsa da, heç də az iz qoymayıb

“Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu” publik hüquqi şəxsi tərəfindən 2025-ci ildə keçirilmiş bəzi dövlət satınalmaları ətrafında araşdırma apardıq. Araşdırmalarda bağlanmış bəzi müqavilələrdə qanun pozuntularına yol verilməsinə şübhə yaradan bir sıra hallar məlum olmuşdur.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara görə 24.10.2024-cü ildə Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu tərəfindən 2025-ci il üzrə alınaçaq mal -materialların və xidmətlərin satınalma planları açıqlanmışdır.

Dövlət satınalmalarının vahid internet portalında dərc edilmiş məlumatlara görə Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun Satınalma Komissiyası 2025-ci ildə satınalma planlarına 29 lot üzrə alınaçaq mal -materiallar və xidmətlərin siyahısını daxil etmişdir. Lakin satınalmaların portalında bu satınalmaların bir çoxunun nəticələri açıqlanmamış, satınalmanın baş tutmamasının səbəbi, ləğvi səbəbi açıqlanmamışdır.

Qeyd edək ki, Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu bir mənbədən satınalma metodu tətbiq etməklə kondisanerlərə və digər məişət avadanlıqlarına servis xidmətlərinin göstərilməsi üzrə “TECS-BAM” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 14.07.2025-ci ildə 7.347.152 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Göründüyü kimi, Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu kondisanerlərə və digər məişət avadanlıqlarına servis xidmətlərinin göstərilməsi kimi məxfi məlumatlarla aid olmayan xidmət növünü dövlət satınalmalarının portalı vasitəsilə deyil, bir mənbədən satınalma metodu tətbiq etməklə keçirmişdir.

Eyni zamanda sözügedən Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qanunun tələblərindən də göründüyü kimi, kondisanerlərə və digər məişət avadanlıqlarına servis xidmətlərinin satın alınması məxfi məlumatla əlaqəli satınalma hesab oluna bilməz. Həmçinin Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun müqavilə bağladığı “TECS-BAM” MMC kondisanerlərə və digər məişət avadanlıqlarına servis xidmətlərinin göstərilməsi üzrə konkret təchizatçı deyil, sözügedən satınalma predmetinin əvəzedicisi və alternativi olan çoxsaylı şirkətlər mövcuddur.

Amma Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun qalib seçdiyi “TECS-BAM” MMC-nin barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. Bu da MMC-nin profilinin qeyri-müəyyən olduğunu deməyə əsaslar verir.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TECS-BAM” (VÖEN: 2005402701) Məhdud Məsuliyyətli Cəmiyyətinin 15.01.2019-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, BƏSTİ BAĞIROVA, ev.12, qanuni təmsilçisi kimi isə Qurbanov Rauf Maarif oğlu qeyd olunub. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Məmmədov Bəşir Aşir oğlu olub.

Belə olan halda Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun satınalma prosedurunu bu şəkildə keçirməsi ciddi şübhələrə yol açır. Burada kondisanerlərə və digər məişət avadanlıqlarına servis xidmətlərinin göstərilməsinə 7 milyon manatdan çox dövlət vəsaitinin xərclənməsi şübhəli məqamlardandır. Bu xidmət üçün 7 milyon manatın sini şəkildə şişirdildiyi açı-aşkar görsənməkdədir.

Qeyd edək ki, Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu “TECS-BAM” MMC ilə daha bir müqavilə də 30.06.2025-ci ildə bağlamışdır. “İl ərzində təmizlik, yuyulma avadanlıq və qazanxanaya texniki servis xidmətləri”nin satın alınması üzrə keçirilmiş bu kotirovka sorğusunun dəyəri 76.177,2 manat təşkil edib.

Şərtlər toplusuna görə MMC Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda qazanxana termoslarına, nasos və esenjorlara, barometr və termometrlərə,isti su vintilləri və kələbəklərə və yanğından mühafizə şitinə texniki xidmət göstərməklə yanaşı, quru təmizlik vasitələri, dezinfeksiya məhlulları, təmizlik aksesuarlarının (əl alətləri) alınması işlərini həyata keçirməli olub.

Qeyd edək ki, bir neçə gün əvvəl Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda kadr dəyi.ikliyi olub. Belə ki, Səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə Mətanət Əfəndiyeva sözügedən institutun direktoru vəzifəsindən azad edilib, yerinə direktor əvəzi, həmin səhiyyə müəssisənin baş həkimi Nurlana Vilayət qızı Əliyeva gətirilib. Xatırladaq ki, Mətanət Əfəndiyeva 2024-cü il yanvarın 22-də ETTBİ-yə direktor təyin olunmuşdu.

Xatırladaq ki, Mətanət Əfəndiyeva bir neçə ay əvvəl Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkimi – radiloq Ramin Abdullayevin iddiasına görə institutun direktorunun onun kompüterinə dinləmə cihazı yerləşdirməsi ilə bağlı göndəmə gəlmişdi. Həmçinin R.Abdullayev ETTBİ-nin direktoru Mətanət Əfəndiyevanın ondan tibbi sığortadan əldə olunan gəlirin yarısını tələb etdikdən sonra aralarında problem yarandığını bildirib: “Mən 2019-cu ildən bu institutda çalışıram. Ötən ilin avqustunda direktor Mətanət Əfəndiyeva mənə dedi ki, icbari tibbi sığortadan aldığım bonusların yarısını ona verim. Onun bu tələbindən imtina etdikdən sonra bildirdi ki, “sənin yerinə pul verib, işə düzəlmək istəyənlər çoxdur”.

Görsənən odur ki, Mətanət Əfəndiyeva həkimlərdən aldığı bonuslardan əlavə, institut tərəfindən keçirilmiş satınalmalardan da az bəhrələnməyib. Onun qısa müddətdən sonra vəzifəsindən azad edilməsində bu kimi amillər də rol oynaya bilər.
Aktualinfo.net

Zaurpress.az

Oxşar xəbərlər


Bütün xəbərlər

Keçmiş nazirin villası satıldı – pulu dövlətə qaytarılacaq
Korovinin kürəkəni həddini aşdı.. Şəhid qızını işdən çıxartdı: Və ona cavabı "Nə olsun ki, şəhid qızısan?"
Xırdalanda qoçuluq edən şəxslərin arxasında kim durub? VİDEO
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Sahibə Qafarova: Milli Məclis TÜRKPA-nın davamlı inkişafını ardıcıl surətdə dəstəkləyəcək
 Elmar Vəliyevin kadrları Gəncədə yeni qarşıdurma riski yaradıb - NARAZILIQ VAR...
Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu bir araşdıran olsa... - İLGİNC FAKTLAR...
İlham Əliyev Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşdü
ABŞ Suriyadakı bütün hərbi qüvvələrini çıxardı
“Finoko” BOKT cərimələndi
TKTA 255 nəfərin diplomunu niyə tanımadı?
“Aqrarkredit”in 49 nəfərin başına açdığı müsibət: 35 milyonluq mülk necə “əridilib?”- ARAŞDIRMA
Unibank-da Sistem Xaosu: Ödənişini Edən Müştəri Nə üçün "Borclu" Çıxarılır?
İnsan alverinə görə axtarışda olanların SİYAHISI
Bakıda avtoxuliqanlıq edərək sosial şəbəkələrdə paylaşan şəxslər həbs edildilər
Türkiyədə məktəbdə qətliam törədən şagirdin atası həbs edildi
Nərimanov rayonunda 12 ağac oyunu - Agaclara divan tutdular - VİDEO
Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib
Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək