Xəbər lentiwidget-title-icon

“German” hospital bağlanır?
Leysan Məmmədovun oğlunun dostları ilə tender oyunu …..
Abunəçiləri “Azərcell”i məhkəməyə verməyə hazırlaşır
Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir?
Əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsündə dəyişiklik edildi
“Azərişıq” rəhbəri Vüqar Əhmədovun kabinet idarəçiliyi - sənədsiz fərdi evlərin sayğaclaşdırılmasına 3 min, obyektlərə isə 10 min manat rüşvət istənilir?
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir? - Video
İstanbulda 70 kiloqram qızılla saxlanılan polkovnik-leytenanta cəza istənildi
"Sabah" – "Qarabağ" matçının hakimləri açıqlandı
Nəsibə Zeynalovanın nəvəsi: Sonda hamımıza cansağlığı arzuladı, dedi, Cahangir də gəlsin - MÜSAHİBƏ
İsraildə İran kəşfiyyatına işləməkdə şübhəli bilinən iki nəfər saxlanıldı
İran ABŞ və İsraili yeni müharibə ilə hədələdi
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Rusiyanın neft emalı zavodu, iki böyük desant gəmisi, sursat və neft anbarları məhv edildi
Sabah yağış yağacaq
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı
Səhiyyə Nazirliyinin xəstə uşağa biganəliyi… Azyaşlı üçün dövlət xəstəxanasında analiz verə bilmirlər VİDEO
Dünyanın ən istedadlı adamı : Bir əldə 7 qarpız tutmağı bacaran "deputat"
Türkiyədə 275 məktəbi hədəf göstərən 389 hesab istifadəçisi saxlanılıb
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT/VİDEO
Ağır Cinayətlər Məhkəməsinin Hakimi Cinayətkara hansı qanunla ev tustaqlığı verdi? Məqsəd nədir? Şikayət
Lənkəran səhiyyəsində şübhəli tender
Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Oğuzda ağac kəsən 3 nəfər saxlanılıb - FOTO

Tramp “Mehdiyev işi”ni necə ARXİVƏ GÖNDƏRDİ...

ABŞ prezidenti Donald Trampın və İsrailin İrana qarşı savaşı Azərbaycanda bir neçə gündəm mövzusunu da arxa plana keçirdi. O mövzulardan biri Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işidir.

Musavat.com xatırladır ki, son olaraq İran müharibəsindən 18 gün əvvəl, yəni fevralın 10-da Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri uzadılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin vəsatəti əsasında R.Mehdiyevin barəsində ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata Səbayel Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqdimatı təmin edib və R.Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti daha 4 ay uzadılıb.

DTX-də başlanan cinayət işi ilə bağlı Ramiz Mehdiyev AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Cinayət işi çərçivəsində AXCP sədri Əli Kərimli, onun müşaviri Məmməd İbrahim, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov həbs edilib. Ötən gün həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.

ABŞ-İsrail-İran gərginliyi fonunda Ramiz Mehdiyevlə bağlı cinayət işi müvəqqəti olaraq gündəmdən kənarda qalsa da, bu, prosesin əhəmiyyətini azaltmır. Əksinə, istintaqın uzadılması göstərir ki, məsələ hələ də aktiv mərhələdədir və hakimiyyət daxilində ciddi siyasi-hüquqi proseslər davam edir. Regional gərginlik azalan kimi bu işin yenidən əsas müzakirə mövzularından birinə çevriləcəyi gözləniləndir.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, başlanmış cinayət işinin sonunda hüquqi nəticəsi olacaq. Onun sözlərinə görə, hüquqi nəticə o deməkdir ki, istintaq aparan qurum yekunda hər hansı qərar qəbul edəcək: “Bu qərar ya işin məhkəməyə verilməsi olacaq, ya istintaq ittihamdan imtina edəcək, yaxud işin icraatına xitam verəcək və s. Yəni bunlar hüquqi qiymət anlayışıdır. Ramiz Mehdiyev işinə də hüquqi qiymət verilməsini qanun mütləq şəkildə tələb edir Sadəcə, bu hadisə üzrə istintaq müddətinin uzadılması əməliyyat işinin mürəkkəbliyi ilə əlaqəli ola bilər. Çünki bu iş xarici qüvvələrə gedib çıxır. Ona görə də istintaq orqanının Mehdiyev barəsində verilmiş ev dustaqlığı həbsinin uzadılması ilə bağlı təqdimatı başadüşüləndir”.
Hüquqşünas hesab edir ki, amma regionda və dünyadakı siyasi proseslərin bu işə təsiri, aidiyyəti olmayacaq: “Dediyim kimi, istintaq çərçivəsində bu iş üzrə ölkədən kənarda əlaqələrin araşdırılması davam etdirilə bilər. Təkcə Mehdiyev məsələsi deyil, istənilən cinayət hadisəsinin araşdırılması zamanı istintaq məhkəmədən razılıq alır ki, həbs müddətinin uzadılması barədə ona vaxt verilsin. Bu da qanunun yol verdiyi halda həbs müddətinin artırılması ilə bağlı olur. O baxımdan, heç kimin şübhəsi olmasın ki, Ramiz Mehdiyev və bu iş üzrə istintaqa cəlb olunan şəxslər barəsində hüquqi qiymət verilməyəcək”.

Zaurpress.az

Oxşar xəbərlər

Bütün xəbərlər