Xəbər lentiwidget-title-icon

Keçmiş nazirin villası satıldı – pulu dövlətə qaytarılacaq
Korovinin kürəkəni həddini aşdı.. Şəhid qızını işdən çıxartdı: Və ona cavabı "Nə olsun ki, şəhid qızısan?"
Xırdalanda qoçuluq edən şəxslərin arxasında kim durub? VİDEO
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Sahibə Qafarova: Milli Məclis TÜRKPA-nın davamlı inkişafını ardıcıl surətdə dəstəkləyəcək
 Elmar Vəliyevin kadrları Gəncədə yeni qarşıdurma riski yaradıb - NARAZILIQ VAR...
Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu bir araşdıran olsa... - İLGİNC FAKTLAR...
İlham Əliyev Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşdü
ABŞ Suriyadakı bütün hərbi qüvvələrini çıxardı
“Finoko” BOKT cərimələndi
TKTA 255 nəfərin diplomunu niyə tanımadı?
“Aqrarkredit”in 49 nəfərin başına açdığı müsibət: 35 milyonluq mülk necə “əridilib?”- ARAŞDIRMA
Unibank-da Sistem Xaosu: Ödənişini Edən Müştəri Nə üçün "Borclu" Çıxarılır?
İnsan alverinə görə axtarışda olanların SİYAHISI
Bakıda avtoxuliqanlıq edərək sosial şəbəkələrdə paylaşan şəxslər həbs edildilər
Türkiyədə məktəbdə qətliam törədən şagirdin atası həbs edildi
Nərimanov rayonunda 12 ağac oyunu - Agaclara divan tutdular - VİDEO
Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib
Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək
Bu agentliydə qalmaqallı iclas - Eşqi Bağırovun sərt çıxışı nəyə hesablanıb?
Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir?
TƏCİLİ! Nazir QƏRAR VERDİ – Vergilərlə bağlı DƏYİŞİKLİK
İlham Əliyev Türkiyəyə işgüzar səfər edib

Dövlət xəstəxanası yoxsa gizli estetik klinika?

Qobustan Rayon Mərkəzi Xəstəxanası ətrafında səslənən iddialar artıq təkcə lokal narazılıq deyil – bu, sistemli qanunsuzluq və açıq sui-istifadə şübhəsi yaradır. İddialara görə, adı çəkilən LOR həkimi Elmir Qəhrəmanlı dövlət tibb müəssisəsində yalnız yarımştat çalışsa da, əsas fəaliyyətini özəl sektorda qurub. Buna baxmayaraq, ən ciddi sual doğuran məqam onun dövlət xəstəxanasında həyata keçirdiyi estetik və kosmetik əməliyyatlardır. Çünki bu tip müdaxilələr nə icbari tibbi xidmət paketinə daxildir, nə də onların dövlət müəssisəsində bu formada aparılması qanunvericiliyə uyğun görünür. Daha da narahatedici məqam isə budur ki, iddialara əsasən, bu əməliyyatlar rəsmi sənədlərdə başqa diaqnozlar altında rəsmiləşdirilir. Nəticədə, vətəndaşlardan alınan və ən azı 1500 manatdan başlayan ödənişlər dövlət büdcəsinə deyil, qeyri-rəsmi şəkildə yönləndirilir. Bu isə artıq təkcə etik yox, həm də cinayət xarakterli məsələdir.

Mediatvaz.com-a verilən məlumata görə, həmin həkim yalnız bu tip “sərfəli” əməliyyatlar olduqda xəstəxanaya gəlir. Bu fakt özü-özlüyündə dövlət tibb müəssisəsinin şəxsi qazanc platformasına çevrildiyi iddialarını gücləndirir. Üstəlik, xəstəxananın öz əməkdaşlarının belə estetik əməliyyatlara cəlb olunması məsələnin miqyasını daha da böyüdür.Mənbələrin verdiyi məlumata görə, ginekologiya şöbəsində çalışan Sahibə adlı tibb bacısı, eləcə də laboratoriyada fəaliyyət göstərən Aybəniz adlı digər tibb işçisi bu cür müdaxilələrə məruz qalan şəxslər sırasındadır.Bu fakt iddiaların nə qədər geniş miqyas aldığını göstərməklə yanaşı, məsələni daha da ağırlaşdırır. Çünki artıq söhbət təkcə qanunsuz tibbi fəaliyyət və maliyyə maxinasiyalarından deyil, eyni zamanda tibb müəssisəsinin daxilində formalaşmış qeyri-rəsmi və nəzarətsiz “estetik xidmət şəbəkəsi”ndən gedir.Ən ciddi və düşündürücü məqamlardan biri isə hüquqi tərəflə bağlıdır. Belə ki, əldə olunan məlumatlara əsasən, Elmir Qəhrəmanlının adı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş, plastik cərrahiyyə sahəsinə aid əməliyyatların icrasına icazə verilən mütəxəssislərin siyahısında yer almır. Bu isə o deməkdir ki, iddia olunan estetik və plastik əməliyyatlar həyata keçirilibsə, onlar yalnız qanunsuz deyil, eyni zamanda səlahiyyətsiz tibbi müdaxilə kimi qiymətləndirilə bilər. Belə bir vəziyyətdə isə məsələ artıq inzibati pozuntu çərçivəsini aşaraq, daha ciddi hüquqi məsuliyyət doğuran hallara keçid edir.
Ortaya çıxan sual isə kifayət qədər ağırdır: Əgər bu həkimin belə əməliyyatlar aparmaq üçün rəsmi icazəsi yoxdursa, o zaman kim və hansı əsasla ona dövlət xəstəxanasında bu fəaliyyəti göstərmək imkanı yaradıb?
Günay Muradovanın susqunluğu isə artıq sualları daha da artırır: Qanunsuz əməliyyatlara kim icazə verib,Dövlət müəssisəsi kimlərin maraqları üçün istifadə olunur? Niyə bu fəaliyyətlərə qarşı heç bir tədbir görülmür?Qobustan xəstəxanasında baş verənlərə görə məsuliyyəti kim daşıyır – və bu susqunluq nə vaxta qədər davam edəcək?“Məsələ ilə bağlı yuxarı qurumların reaksiyasını öyrənmək üçün yaxın günlərdə rəsmi sorğular ünvanlanacaq.”
Qarşı tərəfin cavab haqqını tanıyırıq

Zaurpress.az

Oxşar xəbərlər

Bütün xəbərlər