Xəbər lentiwidget-title-icon

Cəmil Həsənlinin ölkədən çıxışına qadağa qoyulub -SƏBƏB
Qlobal qaz bazarında kəskin böhran –Təchizat zənciri dağılır
Bakıxanov qəbiristanlığında ziyarəti çətinləşdirən keçilməz yol– VİDEO
Sabah 23 dərəcə isti olacaq
Media: Təbrizə endirilən zərbələr nəticəsində 6 nəfər ölüb
Binəqədi rayonunda zirzəmidə obyekt açılamasına hansı məmur icazə verir? Videofakt
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Nazir: Ermənistan-Türkiyə dialoqu sərhədlərin açılmasına imkan verən nöqtəyə çatıb
Bakıda tanınmış fotoqrafın evində yanğın oldu - VİDEO
Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
KİV: Zelenski artan təzyiqlərlə üz-üzədir
Milli Məclisin vitse-spikeri Zaqrebdə keçiriləcək zirvə toplantısında iştirak edəcək
Elnur Abdullayevin "Global Media Group"-unda nə baş verir? Rəsmi saytlar sıradan çıxıb
Azərbaycan boksçuları Debretsendəki beynəlxalq turnirdə 4 medal qazanıblar
SEPAH İranın elektrik obyektlərinə mümkün zərbələrlə bağlı xəbərdarlıq etdi
Urmiya və Təbrizə hava zərbələri endirildi
Xəstəxanaya yerləşdirilən Xalq artistindən XƏBƏR VAR
Türkiyədə kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
DTX-nin Prezident ailəsini şantaj etdiyinə görə saxladığı şəxsin kimliyi və görüntüsü YAYILDI — Əməliyyatın ŞOK DETALLARI VİDEO
NDU-nun 6 milyonluq satınalma dosyesi: Elbrus İsayevin rektorluğu dövründə xərclənən vəsaitlər haraya gedib? – ARAŞDIRMA
XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır
Bakıda həkim müalicə etdiyi vətəndaşını ömürlük şikəst edib? - Bakı Bərpa Mərkəzində qalmaqal-FOTO
Bakıda müəllim bayram günü əri tərəfindən qətlə yetirildi
Yeni nazir müavininin atası özündən məşhur imiş
İllərlə istifadə etdiyiniz torpağı özəlləşdirmək mümkündür: Şərtlər nədir? - VİDEO

Quterreş Novruz təbrikində sülhsevər və dayanıqlı gələcək arzulayıb

Son günlər kiçik qida obyektlərində qida təhlükəsizliyi nəzarəti ilə bağlı yoxlamalar ciddi ictimai narahatlıq doğurub.

Globalinfo.az xəbər verir ki, sosial şəbəkələrdə aparılan ictimai müzakirələrdə qida təhlükəsizliyi sahəsində nəzarət tədbirlərinin tətbiqi zamanı balanssızlıq müşahidə olunduğu barədə çoxsaylı fikirlər səsləndirilir.

Xüsusilə də, nəzarət tədbirlərinin daha çox kiçik qida obyektlərini əhatə etdiyi, hətta ucqar kəndlərdə fəaliyyət göstərən fermerləri, əkin-biçin sahiblərini, kənd yerlərində olan dükanları, məhəllə marketləri, mikro-sahibkarlara məxsus qida obyektləri üzərində cəmləşdiyi, ancaq böyük ticarət şəbəkələrində analoji intensivlikdə yoxlamaların aparılmadığı bildirilir.

İctimai müzakirələrdə qeyd olunur ki, böyük ticarət şəbəkələrində ciddi pozuntuların qeydə alınması ilə bağlı məlumatlar ictimaiyyətə ya az təqdim olunur, ya da ümumiyyətlə, bu cür xəbərlər paylaşılmır. Bu isə nəzarət yükünün əsasən kiçik sahibkarlığın üzərində qurulduğu görüntüsünü yaradır.
Redaksiyamız bu məsələni araşdırarkən maraqlı məqamlar üzə çıxıb.

Məlum olub ki, ölkədə fəaliyyət göstərən bir çox iri satış şəbəkələrinin rəhbərləri, samballı biznes sahibləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında Məsləhət Şurasında təmsil olunurlar. Hətta onlar qurum tərəfindən verilən qərarların müzakirəsində əvvəlcədən iştirak edir və nəzarətlə bağlı öz qiymətli “məsləhətlərini” verirlər.

Həmin şəxslər bunlardır – Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mehmet Manavoğlu, Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri Niyazi Əmirbəyov, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Bəşir Quliyev, “Avromed Company” QSC-nin baş icraçı direktoru Kamran İsgəndərov, Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Samir Eyyubov, “Azprotein Foods” MMC-nin sədri Vüsal Qafarlı, “Qoş Ət Kəndli Fermer Təsərrüfatı” MMC-nin təsisçisi Sənan Təhməzov, “Bravo” Marketlər Şəbəkəsinin baş icraçı direktoru Jaime Teixeira.

Sual doğuran məqam odur ki, məsləhət şuralarında böyük biznes strukturlarının təmsil olunması potensial maraq toqquşması deyilmi? Kiçik biznes subyektlərinin nümayəndəsi bu şurada nə üçün yoxdur? Yoxdursa, məqsəd nədir?

Bu çərçivədə ekspertlər hesab edirlər ki, şuralarda təmsil olunan şəxslərin biznes sahəsində fəaliyyət istiqamətləri ilə dövlət nəzarəti arasında mümkün kəsişmələrin olması kənar təsir risklərini azaltmaq üçün daha yüksək səviyyədə şəffaflıq və açıqlama praktikasının tətbiqini zəruri edir.

İctimaiyyət arasında yayılan bəzi qeydlərdə vurğulanır ki, heyvan və heyvan mənşəli məhsulların istehsalı və ticarəti, ölkəyə qida məhsullarının idxalı və satış şəbəkələrində paylanması kimi böyük həcmli iqtisadi sahələrdə iştirak edən şəxslərin, eyni zamanda qida təhlükəsizliyi sahəsində məsləhətçi statusunda təmsil olunması şəffaflıq və maraqların toqquşmaması prinsipləri baxımından daha aydın izaha ehtiyac duyur.

Araşdırma zamanı AQTA sədrinin müavinləri Əziz Şərifov və Balarəhim Quliyevin də iri biznes fəaliyyətləri üzə çıxıb.

İddia olunur ki, ölkəyə gətirilən qidaların idxalını “kurasiya” edən AQTA sədrinin müavini Əziz Şərifovun özü də iri qida idxalçısıdır və yoxlamalarda kənarda qalan iri satış şəbəkələrində satışa çıxardığı bir çox məhsulların idxalı ilə məşğuldur.

Balarəhim Quliyevin isə nəzarət etdiyi heyvandarlıq sahəsində fermer təsərrüfatlarına sahibi olduğu deyilir. İddialara görə, sədr müavinlərinin bu sahədəki biznesləri onların obyektivliyinə şübhələr yaradır.

Sədr müavinlərinin biznes fəaliyyəti ilə bağlı daha geniş yazını növbəti araşdırmalarda təqdim edəcəyik.

Redaksiya yazıda adları keçən şirkətlərin və şəxslərin mövqeyini dərc etməyə hazırdır.

Zaurpress.az

Oxşar xəbərlər

Bütün xəbərlər